IMG-LOGO

Ermənistan məhkəməsi Samvel Karapetyan barəsində ev dustaqlığını qüvvədə saxlayıb

30 Apr 2026 19:42 3 baxış
IMG

Məhkəmə "Güclü Ermənistan" partiyasından baş nazir postuna namizəd olan Samvel Karapetyanın ev dustaqlığını qüvvədə saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Armenia Today" Antikorrupsiya məhkəməsinən istinadən məlumat yayılıb.

Məhkəmə, həmçinin mövcud qətimkan tədbiri əvəzinə inzibati nəzarətin tətbiq edilməsi barədə vəsatəti rədd edib.

Xatırladaq ki, İrəvan məhkəməsi 2025-ci ilin iyununda Samvel Karapetyanı həbs edib. 2025-ci il dekabrın 30-da Antikorrupsiya məhkəməsi həbs qətimkan tədbirini ev dustaqlığına dəyişib. Aprelin 15-də keçirilən iclasda müdafiə tərəfi Karapetyanın azadlığa buraxılması məsələsinə ilk növbədə baxılması barədə vəsatət verib. Vəkillərin sözlərinə görə, o, gələn həftə partiyanın qurultayında iştirak etmək niyyətindədir. Aprelin 17-də keçirilən iclas zamanı Karapetyanın müdafiə komandası ev dustaqlığının ləğv edilməsinin zəruriliyini bildirərək, müəyyən edilmiş girov məbləğinin artırılmasını təklif edib. Lakin həmin vaxt məhkəmə Karapetyanın ev dustaqlığı müddətini üç ay uzadıb.

Xəbər lenti