İsrailin müdafiə naziri İsrael Kats İrana qarşı hərbi əməliyyatların yaxın vaxtlarda bərpa olunması ehtimalını mümkün hesab edib.
"Report" İsrail mediasına istinadən xəbər verir ki, o bu barədə İsrail ordusunun Hərbi Hava Qüvvələrinin gələcək komandanı Omer Tişlerə general-mayor rütbəsinin verilməsi mərasimində bildirib.
"İran son bir ildə çox ciddi zərbələr alıb və bu zərbələr onu bütün sahələrdə illərlə geriyə atıb", - nazir bildirib.
O həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə koordinasiyalı şəkildə əməliyyatın məqsədlərinə çatmaq üçün göstərilən səylərə rəhbərlik edir.
"Biz bu səyləri dəstəkləyirik, lakin qarşıya qoyulmuş vəzifələrin icrasına zəmanət vermək üçün, ola bilsin ki, tezliklə yenidən əməliyyatlara qayıtmalı olacağıq", - Kats vurğulayıb.