ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Ərəb dənizində İranın blokadası üzrə əməliyyatlar çərçivəsində 44 ticarət gəmisini kursunu dəyişməyə məcbur edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"ABŞ dəniz piyadaları "USS New Orleans" (LPD 18) desant gəmisinin göyərtəsində İranın hərbi-dəniz blokadası üzrə əməliyyatlar zamanı Ərəb dənizində keşik çəkirlər. Bu günə qədər 44 ticarət gəmisinə geri dönmək və ya limana qayıtmaq əmri verilib", - paylaşımda bildirilib.