IMG-LOGO

Culs Hyörst: ABŞ-nin 2027-ci il üçün büdcəsində Ukraynaya yardım nəzərdə tutulmayıb

30 Apr 2026 22:57 4 baxış
IMG

ABŞ-nin 2027-ci il üçün müdafiə büdcəsi Ukraynaya hərbi yardım göstərilməsini nəzərdə tutmur.

"Report" xəbər verir ki, bu barədə hərbi nazirin maliyyə üzrə müavini vəzifəsini icra edən Culs Hyörst Konqresdəki dinləmələrdə bildirib.

"Bu doğrudur. Büdcədə USAI (Ukraine Security Assistance Initiative) xətti ilə maliyyələşmə yoxdur", - o deyib.

C.Hyörst ABŞ Müharibə Nazirliyinin növbəti maliyyə ili üçün bu günlərdə açıqlanan büdcə sorğusunu şərh edib.

Bununla yanaşı, nazir müavini vəzifəsini icra edən şəxs bildirib ki, Pentaqon tezliklə Konqres tərəfindən daha əvvəl təsdiqlənmiş, Ukraynaya 400 milyon dollar məbləğində hərbi yardım paketinin istifadəsinə başlayacaq. "Yardım bu yaxınlarda ayrılıb. Biz bu vəsaiti mart ayında almışıq. Pulların nazirliyə çatması üçün vaxt tələb olunur, lakin vəsait tezliklə istifadəyə veriləcək. Biz bu vəsaitlərin ən müvafiq şəkildə istifadəsini təmin etmək üçün Avropa Komandanlığının rəhbəri (ABŞ Silahlı Qüvvələri, Aleks Qrinkeviç - red.) ilə birlikdə işləyəcəyik", - C.Hyörst qeyd edib.

Xəbər lenti