ABŞ-nin Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında Amerika esminesi "USS Higgins"in (DDG-76) göyərtəsində yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə "CBS News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Yanğının səbəbləri və zədələnmələrin miqyası hələ açıqlanmır.
"MarineTraffic" xidmətinin məlumatına görə, fevralda esmines Sinqapur limanında olub.
"USS Higgins" ABŞ Hərbi Dəniz Qüvvələrinin Asiya-Sakit okean regionunda mövcudluğunu təmin edən əsas gəmilərdən biridir.