Böyük Britaniyanın təhlükəsizlik xidmətləri ölkədə terror təhlükəsi səviyyəsini beş mümkün səviyyənin dördüncüsü - "əhəmiyyətli"dən "ciddi"yə qaldırıb.
"Report"un məlumatına görə, bu barədə Terrorçuluğun Təhlili üzrə Birgə Mərkəzinin bəyanatında bildirilir.
Bəyanata görə, İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyada terrorçuluğun bütün formaları ciddi qiymətləndirilir.
Təhdid səviyyəsinin artırılması qərarı aprelin 29-da Londonun şimalında baş verən və hakimiyyətin terror aktı kimi təsnif etdiyi antisemit hücumdan sonra verilib.