Cəlilabad rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Qəza “VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində baş verib.
Müxtəlif dərəcəli xəsarətlər alan 6 nəfər xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Lent.az-ın əldə etdiyi məlumata görə, xəsarət alanlar 1998-ci il təvəllüdlü Sərraf Qurbanov, 1995-ci il təvəllüdlü Təvəkkül Məmmədli, 1996-cı il təvəllüdlü Coşqun Rzazadə, 1997-ci il təvəllüdlü Tural Rzayev, 1996-cı il təvəllüdlü Aqşin Rzazadə və adı hələ dəqiqləşməyən bir sərnişindir.
Faktla bağlı araşdırma aparılır.
cəlilabad qəza