IMG-LOGO

ABŞ-də məktəbdə hücum zamanı beş nəfər bıçaqlanıb

01 May 2026 02:57 3 baxış
IMG

ABŞ-nin Vaşinqton ştatında məktəbdə baş verən bıçaqlanma nəticəsində azı beş nəfər yaralanıb.

"Report"un xəbərinə görə, bu barədə "Fox News" telekanalının yerli şöbəsi məlumat yayıb.

Məlumata görə, hadisə cümə axşamı saat 12:00-dan sonra Takoma şəhərindəki orta məktəbdə baş verib.

Beş nəfər xəstəxanaya yerləşdirilib, yaralılardan dördünün vəziyyəti ağır hesab olunur.

Şübhəli şəxs saxlanılıb. Onun şəxsiyyəti və hadisənin motivləri barədə hələ məlumat verilmir.

"NBC News"un yerli şöbəsi bildirib ki, yaralananlardan dördü şagird, biri mühafizəçidir.

Xəbər lenti