IMG-LOGO

Abbas Əraqçi və İqnasio Kasis Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

01 May 2026 02:19 3 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi isveçrəli həmkarı İqnasio Kasis ilə telefonla danışıb və ABŞ ilə İsrailin 40 gün davam edən hücumlarını müzakirə edib.

"Report" xəbər verir ki, A.Əraqçi bu barədə özünün "Telegram" kanalında yazıb.

"Bu telefon danışığında ABŞ və İsrailin İrana qarşı 40 günlük hərbi təcavüzü və atəşkəsin pozulması müzakirə olunub", - o bildirib və əlavə edib ki, Fars körfəzi ilə Hörmüz boğazındakı qeyri-sabitliyə səbəb ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatıdır:

İsveçrənin xarici işlər naziri müharibəyə son qoymaq və sülhü bərqərar etmək üçün diplomatiyanın dəstəklənməsində prinsipial mövqeyini vurğulayıb.

Xəbər lenti