IMG-LOGO

Kaxa Kaladze: Gürcüstanda sabitliyi pozmaq üçün yeni cəhdlər edilir

01 May 2026 04:55 3 baxış
IMG

Xarici dövlətlər Gürcüstanda qütbləşməni artırmağa yönəlmiş prosesləri maliyyələşdirməyə davam edirlər, buna görə də ölkədə sabitliyi pozmaq üçün daha çox cəhdlər mümkündür.

"Report"un məlumatına görə, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze bunu "İmedi TV" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, xaricdən maliyyələşdirmə sosial qütbləşməni dərinləşdirmək və ölkədə qarşıdurma yaratmaq üçün istifadə olunur.

K.Kaladze qeyd edib ki, sabitliyi pozmaq cəhdləri əvvəllər də olub. O, belə halların təkrarlanacağını istisna etməyib.

Eyni zamanda, siyasətçi vurğulayıb ki, Gürcüstanın hüquq-mühafizə orqanları ölkədə sabitliyi və təhlükəsizliyi təmin etməyə qadirdir.

Xəbər lenti