IMG-LOGO

ABŞ-nin bombardmançı təyyarələri Britaniyada bazadan yeni təlim uçuşları keçirib

01 May 2026 07:38 3 baxış
IMG

ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələri Böyük Britaniyadakı Ferford aviabazasından növbəti təlim uçuşları keçirib.

"Report"un xəbərinə görə, bu, "Military Air Tracking Alliance" (MATA) aviasiya resursunun məlumatlarında qeyd olunub.

İki ədəd "B-1B Lancer" strateji bombardmançı təyyarəsi və bir ədəd "B-52H Stratofortress" cümə axşamı havaya qalxıb.

İranla mövcud atəşkəs razılaşmasına baxmayaraq, Amerika təyyarələri son günlər demək olar, hər gün doqquz saata qədər uçuşlar həyata keçirir.

Aviaresursun məlumatına görə, hazırda Ferford aviabazasında 15 ədəd B-1B Lancer" və səkkiz ədəd "B-52H Stratofortress" də daxil olmaqla Amerikanın 23 ədəd ağır bombardmançı təyyarəsi yerləşdirilib.

Qeyd olunur ki, bu təyyarələrin hər biri 24-ə qədər JDAM aviabomba və ya 12 ədəd JASSM qanadlı raketi daşıya bilir.

Xəbər lenti