IMG-LOGO

Ukrayna Tuapsedəki terminala zərbə endirib

01 May 2026 10:35 3 baxış
IMG

Ukrayna pilotsuz uçuş aparatları ilə Tuapsedəki (Rusiya) dəniz terminalının ərazisinə zərbə endirib, nəticədə yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahının Telegram kanalındakı məlumatında deyilir.

"Ukraynanın PUA hücumu nəticəsində Tuapsedə dəniz terminalının ərazisində yanğın baş verib", - məlumatda qeyd olunur.

Xəsarət alan yoxdur.

Yanğının söndürülməsinə 128 canlı qüvvə və 41 texnika cəlb olunub.

Xəbər lenti