IMG-LOGO

ICOM rəsmisi: "II Xalça Festivalı muzey dünyası ilə sənətkarları birləşdirən vacib platformadır"

01 May 2026 12:00 4 baxış
IMG

Bakıda keçirilən III Xalça Festivalı muzey dünyası ilə sənətkarları birləşdirən mühüm platformadır.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Muzeylər Şurasının (ICOM) vitse-prezidenti və BƏƏ üzrə ICOM-un sədri Nasir Al Darmaki jurnalistlərə açıqlamasında bildirib.

"Bakı tarixin nəfəs aldığı bir şəhərdir. Bu gün Bakıda olmaq və təkcə ICOM-un vitse-prezidenti kimi muzey mütəxəssislərini deyil, həm də müxtəlif ölkələrdən gələn bir çox peşəkar, sənətkar və ustalar arasında BƏƏ muzeylərini təmsil etmək çox xoşdur", - o vurğulayıb.

Onun sözlərinə görə, fəaliyyətinin əsas istiqamətləri muzey işində sənətkar əməyinin inteqrasiyası və mədəni irsin qorunması ilə bağlıdır: "Hesab edirəm ki, muzeylərimizdəki unikal kolleksiyaların geniş miqyasda təbliği və bu xəzinənin gələcək nəsillərə itkisiz ötürülməsi üçün effektiv mexanizmlərin qurulması prioritet məsələdir. Bundan başqa, sənətkarların özlərini, texnikalarını, kompozisiyalarını və müxtəlif ölkələrdən gətirilən nümunələri də qiymətləndiririk. Bu konfrans sənətkar, bazar və muzeylərə qədər müxtəlif aspektləri birləşdirəcək. Düşünürəm ki, bu forumun nəticəsi fantastik bir tədqiqat olacaq. Muzey peşəkarları olaraq sənətkarların muzey dünyasına nələr gətirdiyini anlamaq üçün bizi bir araya gətirəcək".

Xəbər lenti