Azərbaycan və Mərakeşin sənətkarlıq sektorunda, xüsusən də xalçaçılıq sahəsində toxuculuq müəyyən xüsusi texnikaların tətbiqi, rənglər, fiqurlar və hər iki ölkənin mədəniyyətinin, irsinin və tarixinin dərinliyini ifadə edən həndəsi naxışlar baxımından çox oxşarlıqlar var.
"Report" xəbər verir ki, bunu Mərakeş Turizm, Sənətkarlıq və Sosial İqtisadiyyat Nazirliyinə tabe Maison de l"Artisannın (Sənətkar Evi) baş direktoru Tarik Sadiq jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Mərakeşin sənətkarlıq sektoru ölkə ÜDM-in 7 %-ni təşkil edir:
"Mərakeşdə sənətkarlıq sektorunda 2,5 milyondan çox insan çalışır. Bu sahə ölkənin bir çox bölgəsinin sosial-iqtisadi inkişafına töhfə verir. Biz sənətkarlıq məhsullarımızı dünyanın 100-dən çox ölkəsinə, o cümlədən ABŞ-yə və digər Avropa ölkələrinə ixrac edirik. Bu, bizim mədəniyyətimiz və tariximizlə dərindən bağlıdır. Hazırda biz bu sahənin inkişafı, təşviqi və qorunub saxlanmasına kömək edəcək müxtəlif strategiyalar üzərində işləyirik. Bu məqamda qeyd etmək istərdim ki, Azərbaycan və Mərakeşin sənətkarlıq sektorunda, xüsusən də xalçaçılıq sahəsində toxuculuq müəyyən xüsusi texnikaların tətbiqi, rənglər, fiqurlar və hər iki ölkənin mədəniyyətinin, irsinin və tarixinin dərinliyini ifadə edən həndəsi naxışlar baxımından çox oxşarlıqlar var".