Amerikanın aşağıbüdcəli aviaşirkəti "Spirit Airlines" maliyyə dəstəyi ilə bağlı ABŞ hakimiyyəti ilə razılığa gələ bilməyib və şənbə günü fəaliyyətini dayandıra bilər.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, şirkətin vəsaiti demək olar ki, tamamilə tükənib və hava səyahətlərini davam etdirə bilmir.
Nəşrin məlumatına görə, aşağı büdcəli aviaşirkət 2 may səhəri fəaliyyətini dayandırmaq niyyətindədir. Öz növbəsində "Spirit Airlines" iddiaya münasibət bildirməkdən imtina edib və normal fəaliyyətini davam etdirdiyini bəyan edib.
"The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ-nin ticarət katibi Hovard Latnik və "Spirit Airlines" şirkətinin baş direktoru Deyv Deyvis telefon danışığı aparıblar. Söhbətdən sonra Latnik Devi şirkətin bağlanması ilə məşğul olacaq ABŞ Nəqliyyat Departamentinə yönləndirib.
Aprelin ortalarında "Bloomberg", ABŞ-İsrail müharibəsi fonunda təyyarə yanacağının qiymətlərinin yüksəlməsi ilə əlaqəli artan xərclər səbəbindən "Spirit Airlines"in ləğv olunmaq üzrə olduğunu bildirib.