IMG-LOGO

Bahrom Aşrafxanov Azərbaycanın Qarabağın bərpasındakı uğurlarını qeyd edib

02 May 2026 09:30 3 baxış
IMG

Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən qurulması proqramını uğurla həyata keçirir.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov jurnalistlərə bildirib.

"Biz burada bərpa işlərinin sürətli şəkildə aparılmasına sevinirik və düşünürük ki, növbəti dəfə bəzi layihələrin tamamlandığını görəcəyik", - o qeyd edib.

Şuşada baş çəkdiyi xalça muzeyindən bəhs edən səfir Azərbaycanın zəngin mədəniyyəti və tarixinə də diqqət çəkib:

"Azərbaycanın inşa etdiyi muzeylər turizm üçün əlverişli rol oynayır".

Diplomat qeyd edib ki, Qarabağa səfəri zamanı Xocalıdakı soyqırımı muzeyi xüsusilə onun yaddaşında qalıb:

"Heç kim burada baş verənləri və bu faciədən sağ çıxanların necə bir qəhrəmanlıq nümayiş etdirdiyini unutmamalıdır".

Xəbər lenti