IMG-LOGO

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev mübarizəyə başlayır

02 May 2026 11:00 3 baxış
IMG

Azərbaycanın daha bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə start verəcək. "Report"un məlumatına görə, Rəşid Məmmədəliyev (73 kq) tatamiyə çıxacaq. 26 yaşlı idmançı 1/8 final mərhələsində Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək. Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.

Xəbər lenti