IMG-LOGO

Elçin Qasımov: Slovakiya 2027-ci ilə qədər Qarabağda "Ağıllı kənd" layihəsini başa çatdıracaq

02 May 2026 11:53 3 baxış
IMG

Slovakiya Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd (Qərvənd) kəndində "Ağıllı kənd" ("Smart Village") layihəsinin icrasını, ehtimal ki, 2026-cı ilin sonuna qədər başa çatdıracaq.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov jurnalistlərə məlumat verib.

"Hazırda Slovakiya şirkətlərindən biri Ağdam rayonunda layihə həyata keçirir. Düşünürəm ki, bu ilin sonuna kimi o, başa çatdırılacaq", - diplomat qeyd edib.

Elçin Qasımov, həmçinin Slovakiyanın yüksək vəzifəli rəsmi şəxslərinin Azərbaycana planlaşdırılan səfərləri barədə məlumat verib:

"Yaxın vaxtlarda parlamentin spikeri Rixard Raşinin və Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfərləri gözlənilir".

Qeyd edək ki, layihə müasir ekoloji texnologiyalardan istifadə etməklə kəndin bərpası və modernləşdirilməsini əhatə edir, yenidənqurma işlərini isə Slovakiya şirkətləri həyata keçirir. Baş Qərvənd kəndində layihələndirilən ərazinin ümumi sahəsi 476 hektar təşkil edir.

Xəbər lenti