IMG-LOGO

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

02 May 2026 12:45 6 baxış
IMG

Rusiya cari həftə ərzində Ukraynaya qarşı 1 600-ə yaxın zərbə pilotsuz uçuş aparatı, 1 100-ə qədər idarəolunan aviabomba və üç raketdən istifadə edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında yazıb.

O qeyd edib ki, zərbələr xüsusilə Nikolayev vilayətinin enerji infrastrukturuna, eləcə də Dnepropetrovsk, Odessa, Sumı, Xerson və Donetsk vilayətlərinə endirilib.

"Bu gün Xersonda avtobusa FPV dronu ilə endirilən zərbə nəticəsində xəsarət alan yeddi nəfər zəruri tibbi yardım alır. Təəssüf ki, iki nəfər həlak olub. Hücum zamanı yaralananların hamısı mülki şəxslərdir", - Ukrayna Prezidenti yazıb.

Xəbər lenti