IMG-LOGO

Səfir: Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır

02 May 2026 14:02 6 baxış
IMG

Niderland Azərbaycanla iqtisadi əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən energetika sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində maraqlıdır.

"Report"un Laçına ezam olunmuş əməkdaşının sualını cavablandırarkən xarici diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində regionda səfərdə olan Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq bildirib.

"Biz su ehtiyatlarının idarə olunması, nəqliyyat əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarına hər zaman açığıq, buna görə də qarşılıqlı fəaliyyətin gələcək istiqamətlərini nəzərdən keçirməyə şadıq", - o qeyd edib.

Diplomat həmçinin bildirib ki, Niderland Bakı Enerji Həftəsində (1-3 iyun - red.) iştirak etmək üçün Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırır: "Bəli, yaxın vaxtlarda bizim başqa nümayəndə heyətlərimiz də olacaq".

Niderland və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın perspektivlərindən danışan səfir qeyd edib ki, hazırda konkret layihələr yoxdur, lakin bu sahə perspektivli hesab olunur: "Bu, mütləq nəzərdən keçirilməyə dəyər bir istiqamətdir və gələcəkdə araşdıra biləcəyimiz bir məsələdir".

Xəbər lenti