IMG-LOGO

Cevdet Yılmaz Ermənistana səfər edəcək

02 May 2026 14:42 4 baxış
IMG

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz gələn həftə Ermənistana səfər edəcək.

Bu barədə "Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, C.Yılmaz mayın 4-də İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin 8-ci sammitində Türkiyəni təmsil edəcək.

Qeyd olunub ki, onun İrəvana nəzərdə tutulan səfəri Türkiyədən Ermənistana bu səviyyədə ilk səfər olacaq.

Xəbər lenti