IMG-LOGO

Culfada kanaldan qadın meyiti tapılıb

02 May 2026 15:30 5 baxış
IMG

Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda qadın meyiti aşkarlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə muxtar respublikanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkar olunan qadın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti