IMG-LOGO

Merts "Avropa Siyasi Birliyi"nin İrəvanda keçiriləcək sammitində iştirak etməyəcək

02 May 2026 17:05 2 baxış
IMG

Almaniya Kansleri Fridrix Merts "Avropa Siyasi Birliyi"nin mayın 4-də İrəvanda keçiriləcək sammitinə qatılmayacaq.

"Report" xəbər verir ki, bu barədə TASS DPA-ya istinadən məlumat yayıb.

"Fridrix Merts digər öhdəlikləri ilə əlaqədar (Ermənistana - red.) səfər edə bilmir", - Almaniya hökumətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, F.Merts "Avropa Siyasi Birliyi"nin əvvəlki iki sammitində artıq iştirak edib və bir çox iştirakçılarla aktiv təmasdadır.

Xəbər lenti