IMG-LOGO

Keçmiş ULDUZ zibilliklərdən yemək toplayır

03 May 2026 13:09 2 baxış
IMG
0 0

Bir dövrün məşhuru olan Loni Villisonun həyatındakı eniş, 2014-cü ildə "Baywatch" serialının ulduzu Ceremi Ceksonla qalmaqallı boşanmasından sonra başlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu ayrılıqdan sonra yaranan psixoloji problemlər, paranoiya və sarsıntılar onu ağır narkotik asılılığına sürükləyib. Nəticədə Villison 2016-cı ildə həm işini, həm evini, həm də bütün sərvətini itirib.

Artıq 8 ildir ki, Los-Anceles küçələrində yaşayan keçmiş model, bir zamanlar lüks içində olan həyatından tamamilə uzaqlaşıb. Bu gün o, əlindəki alış-veriş arabası ilə zibilliklərdən yemək toplayaraq gününü keçirir.

Fiziki cəhətdən tanınmaz hala düşən Villisonun yaşayışı, asılılıq və psixoloji böhranların insan həyatını necə alt-üst edə biləcəyinin acı nümunəsinə çevrilib.

Mütəmadi olaraq paparatsilərin obyektivinə tuş gələn Loni Villison, ona uzadılan yardım əllərini və reabilitasiya təkliflərini hər dəfə qətiyyətlə rədd edir. Cəmiyyətdən tamamilə təcrid olunmuş bir həyat tərzi sürən keçmiş ulduz, heç kimlə əlaqə qurmaq istəmədiyini və bu şəkildə yaşamağa davam edəcəyini bildirir.

Loni Villison model

Xəbər lenti