IMG-LOGO

Ermənistan və Bolqarıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

03 May 2026 17:36 4 baxış
IMG

Ermənistan və Bolqarıstan strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə bildirib.

Qeyd olunur ki, sənədi Paşinyan və Avropa Siyasi İcmasının (ASİ) 8-ci sammitində iştirak etmək üçün İrəvanda səfərdə olan Bolqarıstan Prezidenti İliyana Yotova imzalayıblar.

Digər təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, mayın 4-də Ermənistanın paytaxtında ASİ-nin 8-ci sammiti keçiriləcək. İcmanın ilk iclası 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada baş tutub. Bundan sonra sammitlər ardıcıl olaraq Kişineu (Moldovanın paytaxtı), Qranada (İspaniya), Oksfordşir (Böyük Britaniya), Budapeşt (Macarıstanın paytaxtı), Tirana (Albaniyanın paytaxtı) və Kopenhagendə (Danimarkanın paytaxtı) keçirilib.

ASİ təxminən 50 Avropa ölkəsinin liderini birləşdirir. O, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək məqsədilə ümumi maraq doğuran məsələlərin həllində siyasi dialoqu və əməkdaşlığı təşviqi üçün platforma təqdim edir.

Xəbər lenti