IMG-LOGO

Maqadandakı kömür mədənində 4 nəfərin meyiti aşkarlanıb

03 May 2026 18:31 3 baxış
IMG

Rusiyanın Maqadan bölgəsindəki kömür mədənində aparılan axtarışlar zamanı dörd nəfərin meyiti tapılıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

"Mayın 3-də Susumanski şəhər rayonunda axtarış-xilasetmə əməliyyatları zamanı dörd nəfərin meyiti aşkar edilib. İlkin məlumata görə, dağıntılar altında səkkiz nəfərə qədər insan qala bilər", - deyə açıqlamada bildirilir.

Qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatları gecə-gündüz davam edir.

Xatırladaq ki, aprelin 30-da Maqadan bölgəsindəki Kadıkçanski açıq kömür mədənində sel nəticəsində qaya kütləsi uçqunu baş verib

Xəbər lenti