Həmyerlimiz Samir Məmmədli 2026-cı ilin bodibildinq üzrə Avropa çempionatında yüksək nəticə əldə edib.
"Report"un Muğan bürosunun məlumatına görə, o İspaniyanın Santa-Susanna şəhərində keçirilən bodibildinq üzrə "Master Europe" nominasiyasında mütləq çempion olub.
Qeyd edək ki, əslən Biləsuvar rayonundan olan Samir Məmmədli bundan öncədə bu tipli çempionatlarda yüksək nəticə göstərib.