IMG-LOGO

Meksikada hakim partiyanın lideri dəyişib

04 May 2026 01:52 2 baxış
IMG

Meksikanın hakim Morena partiyası Adriana Montiel Reyesi yeni lider təyin edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qərar bazar günü partiyanın keçmiş lideri Luisa Mariya Alkaldenin Meksika prezidenti Klaudiya Şeynbaumun administrasiyasına qoşulmaq üçün istefa verməsindən sonra verilib.

Təyinatından əvvəl Montiel Şeynbaum hökumətində sosial təminat naziri vəzifəsində çalışıb.

Xəbər lenti