IMG-LOGO

Trampın Hörmüzlə bağlı açıqlamasından sonra neft qiymətləri aşağı düşüb

04 May 2026 05:46 4 baxış
IMG

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Hörmüz boğazında qalan gəmiləri azad etmək üçün əməliyyata başlamaq niyyətində olduğunu açıqlamasından sonra neftin qiyməti barrel üçün 1 dollardan çox enib.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, Brent markalı xam neftin fyuçersləri bazar ertəsi günü keçirilən ticarət əməliyyatlarında 1,83 dollar və ya 1,69% azalaraq bir barel üçün 106,34 dollara, WTI neftinin qiyməti isə 1,72 dollar və ya 1,69% azalaraq 100,22 dollar/barelə düşüb.

Agentliyin məlumatına görə, Trampın açıqlaması bazar iştirakçılarının dünyanın əsas dəniz yollarından biri vasitəsilə neft tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlarını azaldıb.

Xəbər lenti