IMG-LOGO

Avstraliyada 15 nəfərin öldürüldüyü hücumla bağlı ictimai dinləmələr başlayıb

04 May 2026 08:49 3 baxış
IMG

Avstraliyada ötən ilin dekabr ayında Hanuka bayramı zamanı 15 nəfərin ölümünə səbəb olan Sidneydəki Bondi çimərliyinə edilən hücumla bağlı milli araşdırma çərçivəsində ictimai dinləmələr başlayıb.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, araşdırma ölkədə antisemitizmin artması və ictimai təhlükəsizlik məsələlərini də əhatə edir.

Kral Komissiyasına keçmiş hakim Virciniya Bell sədrlik edir. O, dinləmələrin ilk hissəsinin Avstraliyada antisemitizmin miqyası və təbiətinə yönələcəyini söyləyib. O, ölkədə yəhudi əleyhinə əhval-ruhiyyənin kəskin şəkildə artmasının digər Qərb ölkələrindəki oxşar tendensiyalarla üst-üstə düşdüyünü və görünür, Yaxın Şərqdəki hadisələrlə əlaqəli olduğunu qeyd edib.

Komissiya əvvəllər 14 ilkin tövsiyədən ibarət aralıq hesabat təqdim etmişdi. Bunlara yəhudi ictimai tədbirlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də terrorizmə qarşı mübarizə və silah nəzarəti sahələrində əlavə islahatlar daxildir.

Dinləmənin növbəti mərhələsi may ayının sonlarında keçiriləcək və Bondi-Biç hücumuna səbəb olan hallara diqqət yetirəcək.

Xəbər lenti