Yaxın vaxtlarda Özbəkistanın "Milli İnvestisiya Fondu"nun səhmləri beynəlxalq bazara çıxarılacaq.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ADB-in Direktorlar Şurasının 59-cu illik iclasının rəsmi açılış mərasimində bildirib.
Onun sözlərinə görə, bura strateji cəhətdən nəhəng 13 müəssisənin bütün aktivləri daxildir: "Əminəm ki, belə bir mühüm addım tərəfdaşlarımızın ölkənin investisiya mühitinə etimadını daha da möhkəmləndirəcək".