IMG-LOGO

Azərbaycanda 3 nəfər dəm qazından boğuldu

04 May 2026 10:31 3 baxış
IMG
0 0

Azərbaycanda 3 nəfər dəm qazından boğularaq ölüb.

Lent.az xəbər verir ki, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Qalib Adil oğlu Mirzəyev, Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Rafayel Mirzə oğlu Hüseynov və Bərdə rayon sakini, 1956-cı il təvəllüdlü Mansır Behbud oğlu Bayramov yaşadıqları evlərin hamam otaqlarında ölüblər. Onların dəm qazından zəhərləndiyi ehtimal olunur.

Araşdırma aparılır. 

Hadisələr

Xəbər lenti