IMG-LOGO

Pakistan XİN: ABŞ İranın "TOUSKA" gəmisinin 22 ekipaj üzvünü azad edib

04 May 2026 11:52 3 baxış
IMG

ABŞ Oman körfəzində saxlanılan İranın "TOUSKA" konteyner gəmisinin 22 ekipaj üzvünü azad edərək Pakistana göndərib.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Pakistan XİN-ə istinadən məlumat yayıb.

"İran gəmisi də zəruri təmir işləri aparıldıqdan sonra sahiblərinə qaytarılması üçün yedəyə alınaraq Pakistanın ərazi sularına aparılacaq", - bəyanatda qeyd olunub.

Pakistan XİN bu addımın "etimadın gücləndirilməsi tədbiri" olduğunu vurğulayıb.

"TOUSKA" gəmisi ötən ay Oman körfəzində Tehranın "dəniz quldurluğu" aktı adlandırdığı hücum zamanı ələ keçirilmişdi.

Xəbər lenti