"Bu, Azərbaycan Prezidentinin Ermənistanda keçirilən tədbirdə ilk iştirakı oldu, baxmayaraq ki, bu iştirak videokonfrans formatında baş tutub”. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Siyasi Birliyinin sammitində etdiyi çıxışında deyib. Eyni zamanda, Ermənistan lideri Azərbaycana rəsmi səfər etmək istəyini də bildirib. "Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti Azərbaycanda keçiriləndə bu ölkəyə səfər etmək imkanım olacaq”, – o vurğulayıb. / APA
Nikol Paşinyan