Ottava Bakı və İrəvan arasında sülh prosesində əldə olunan irəliləyişi alqışlayır.
"Report" xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni bu gün İrəvanda "Avropa Siyasi Birliyi"nin (ASB) sammitində çıxışı zamanı deyib.
"Azərbaycanla Ermənistan arasında sülh prosesində irəliləyişin əldə olunduğunu qeyd edənlərə qoşuluram və Prezident İlham Əliyevin iştirakını alqışlayıram", - o bildirib.
Karni Kanadanın ASB formatında iştirakının vacibliyini vurğulayıb və İrəvandakı sammitə dəvətə görə Avropa İttifaqı Şurasının sədri Antonio Koştaya təşəkkür edib.
Qeyd edək ki, Kanadanın Baş naziri "Avropa Siyasi Birliyi"nin sammitində ilk dəfədir iştirak edir.