IMG-LOGO

Bu yayın ən dəbli rəngləri

04 May 2026 13:59 4 baxış
IMG
0 0

Bu yayın ən dəbli rəngləri açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə məşhur "Vogue" jurnalı paylaşım edib.

Nəşrin bildirdiyinə görə, yeni isti mövsümdə dizaynerlər daha yumşaq və “dadlı” çalarların üstünlük təşkil etdiyi rəng palitrasına üstünlük verirlər.

Trend rənglər arasında aşağıdakılar xüsusi yer tutur:

çəhrayı, yasəmən, şaftalı-narıncı və pudra sarısı.

Bu rənglər artıq aparıcı moda evlərinin yeni kolleksiyalarında geniş şəkildə istifadə olunur. Siyahıya Gucci, Valentino, Balenciaga və Stella McCartney kimi məşhur brendlər daxildir.

Pastel tonlarla yanaşı, bu mövsüm daha parlaq və cəsarətli rənglər də yenidən dəbə qayıdır. Xüsusilə kobalt mavisi və parlaq qırmızı çalarlar diqqət çəkir.

Bundan əlavə, “Cloud Dancer” adlandırılan bulud-ağ ton da xüsusi maraq doğurur. Məhz bu rəng Pantone tərəfindən 2026-cı ilin əsas rəngi elan edilib.

Beləliklə, 2026-cı ilin yay modası zərif pastel tonları, parlaq vurğuları və təmiz açıq rəngləri bir araya gətirərək həm yüngül, həm də ifadəli vizual üslub yaradır.

dəb yayın dəbli rəngləri

Xəbər lenti