IMG-LOGO

Naxçıvanda yazlıq əkin sahələri 4 %-ə yaxın artıb

04 May 2026 14:24 3 baxış
IMG

Bu il Naxçıvan Muxtar Respublikasında yazlıq bitkilərin əkin sahələri ötən illə müqayisədə 3,7 % artaraq 3 353,3 hektara çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, bunun 1 210,6 hektarında dənli və dənli paxlalı bitkilər əkilib.

Bununla yanaşı, təsərrüfatlarda 863,4 hektarda yemlik bitkilər, 585,9 hektarda kartof, 389,7 hektarda dən üçün qarğıdalı, 165,7 hektarda bostan bitkiləri və 123,2 hektarda tərəvəz əkini həyata keçirilib.

Cari mövsümdə həmçinin 14 hektar sahədə tütün, 0,8 hektarda isə sarıçiçək əkilib.

Hazırda muxtar respublikada yazlıq bitkilərin əkini davam edir.

Xəbər lenti