IMG-LOGO

ABŞ–İsrail–İran müharibəsi: son vəziyyət və gizli planlar

04 May 2026 17:05 4 baxış
IMG
6 0

Yaxın Şərqdə baş verən ABŞ–İsrail–İran müharibəsi artıq təkcə regional qarşıdurma deyil. Bu münaqişə qlobal iqtisadiyyatı, enerji bazarlarını və siyasi balansı dəyişən böyük bir böhrana çevrilib. Son məlumatlar göstərir ki, müharibə nə bitir, nə də tam miqyaslı sülhə yaxınlaşır – əksinə, yeni və daha riskli mərhələyə keçir.

Lent.az-ın əməkdaşı Yaxın Şərqdəki müharibə ilə bağlı son vəziyyət və gizli planlarla bağlı araşdırmanı sizə təqdim edir:

ABŞ–İsrail–İran müharibəsinin gizli planları: pərdəarxasında nə baş verir?

Yaxın Şərqdə gedən müharibə təkcə bombalar və raketlərdən ibarət deyil. Əsl mübarizə görünməyən strategiyalar, iqtisadi təzyiq və uzunmüddətli planlar üzərində qurulub. Əslində tərəflər açıq dediklərindən daha fərqli hədəflərə can atır.

ABŞ-ın “görünməyən” strategiyası

ABŞ əsas məqsəd kimi İranın nüvə proqramını göstərir. Arxa planda isə bununla yanaşı başqa məsələlər də müzakirə olunur. Məsələn, enerji üzərində kim nəzarətedəcək? Hörmüz boğazı da dünyanın ən kritik enerji keçid nöqtəsi olduğu üçün ABŞ üçün əsas hədəflərdən biridir. Bu marşruta nəzarəti gücləndirmək və qlobal neft axınını yönləndirmək əsas məsələlərdən biridir. Bu, sadəcə hərbi yox, iqtisadi güc məsələsidir.

İran iqtisadiyyatı zəifləyir. Bu strategiya “səbr müharibəsi” adlanır.

Regionda güc balansını dəyişmək də aşkar söylənilməyən planlardan biridir. ABŞ uzun müddətdirki, Körfəz ölkələrini gücləndirmək istəyir. Bu müharibə həmin planın bir hissəsi kimi qiymətləndirilir.

İranın gizli planı isə geri çəkilməməklə bağlıdır

İranın strategiyası daha fərqlidir. Onlar açıq müharibədən çox asimmetrik mübarizə aparır. Məsələn  Hörmüz boğazını “təzyiq aləti” kimi istifadə edir. İran yaxşı bilir ki, bu boğaz bağlanarsa dünya iqtisadiyyatı sarsılar. Bu səbəbdən boğaz hərbi yox siyasi və iqtisadi silahdır.

İranın başqa gizli strategiyası isə birbaşa yox, vasitəçilər üzərindən hərəkət etməkdir. Bura Livanda yerləşən Hizbullah və regiondakı digər qruplar aiddir. Bu, riski azaldır, amma təsiri saxlayır.

Ekspertlər deyir ki, İran qısa müharibə yox, uzun müqavimət strategiyası seçib. Yəni məqsəd qalib gəlmək yox, ayaqda qalmaqdır.

İsrailin səssiz planı

İsrail açıq danışmasa da, onun hədəfləri kifayət qədər aydındır. Bu əsasən İranın hərbi gücünü zəiflətməkdən ibarətdir. Buna görə də hava zərbələri və texnoloji üstünlüklə İranın potensialı azaldılır.

“Təhlükə uzaqda həll edilsin” strategiyası

İsrail istəyir ki, müharibə öz ərazisinə keçməsin, təhlükə əvvəlcədən neytrallaşdırılsın. Bu müharibə İsrail üçün, rəqibləri zəiflətmək, strateji mövqeyi gücləndirmək imkanıdır.

Ən gizli plan: iqtisadi müharibə

Əslində müharibənin ən böyük hissəsi silahla yox, pulla gedir. Beləliklə, neft bahalaşır, bazarlar dalğalanır, logistika pozulur. Bəzi analitiklər hesab edir ki, bu müharibə enerji bazarını yenidən bölüşdürmək üçün aparılır.

Müharibə niyə bitmir?

Çünki heç bir tərəf tam uduzmur və ya qalib gəlmir. ABŞ İranı tam zəiflətmək istəmir, İran geri çəkilmir, İsrail risk almağa davam edir. Bu isə “donmuş müharibə” yaradır.

Ən maraqlı və qorxulu məqam isə budur ki, ölkələrin əsl planlarının böyük hissəsi hələ də açıq deyil.

Bəs müharibənin gedişatı hara gedir?

Hazırda 3 əsas ssenari var, diplomatik razılaşma, tərəflər kompromisə gəlir boğaz açılır, müharibə dayanır.

Bütünbunlarla yanaşı deyəbilərik ki, dünya yeni mərhələyə girir. Bu müharibə artıq sadə qarşıdurma deyil. Ən təhlükəli məqam isə budur ki, heç bir tərəf geri addım atmaq istəmir. Bu isə o deməkdir ki, yaxın aylarda dünya, ya böyük sülhə, ya da daha böyük müharibəyə şahid ola bilər.

İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi ABŞ İran müharibəsi İsrail İran qarşıdurması Hörmüz boğazı Yaxın Şərq böhranı neft qiymətləri qlobal enerji böhranı Donald Tramp İran strategiyası dünya xəbərləri geopolitika

Xəbər lenti