"Avropa Siyasi Birliyi"nin İrəvanda keçirilən sammiti həqiqətən tarixi oldu, çünki ilk dəfə olaraq Cənubi Qafqaz regionunda baş tutdu.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta sammitin yekunları üzrə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin videobağlantı vasitəsilə iştirakı sammitə əlavə əhəmiyyət qatdı.
A.Koşta vurğulayıb ki, bu görüş Cənubi Qafqaz regionunda sülh üzrə səylərin rəmzi kimi "həmişəlik tarixdə qalacaq": "Bu sammit Cənubi Qafqazda cəsarətli siyasi qərarlar və səbirli diplomatiya sayəsində mümkün olan sülh sammiti kimi yadda qalacaq".