Əminəm ki, İtaliya ilə Azərbaycan arasında olan dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək və daha yüksək səviyyələrə qalxacaq.
"Report" xəbər verir ki, bu sözləri İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
C. Meloni geniş formada aparılan müzakirələrə görə dərin təşəkkürünü bildirib: "Biz bir daha təsdiq etdik ki, əməkdaşlığımızı daha da genişləndirməliyik".