IMG-LOGO

Kobaxidze İrəvandakı çıxışı barədə məlumat yayıb

04 May 2026 20:17 2 baxış
IMG

Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışı barədə məlumat yayıb.

"Report" un yerli bürosu xəbər verir ki, Kobaxidze sosial şəbəkə paylaşımında Gürcüstanın Avropa ilə Asiya arasındakı münasibətlərdə əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, İrəvandakı çıxışında iqtisadi təhlükəsizlik və uzunmüddətli sabitlik üçün regional bağlantıların önəmi diqqət mərkəzində olub.

Kobaxidze əlavə edib ki, Avropa ilə Asiya arasında etibarlı tranzit və əməkdaşlıq üçün Gürcüstanın əhəmiyyətli coğrafi mövqeyi var.

Xəbər lenti