Leypsiqdə avtomobilin insanların üzərinə sürülməsi nəticəsində azı 2 nəfər ölüb və daha 2 şəxs ağır yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Berliner Zeitung" məlumat yayıb.
Qeyd olunub ki, hadisə Leypsiqin tarixi mərkəzində, ticarət küçələrinin birində baş verib. Hüquq-mühafizə orqanları nümayəndəsinin sözlərinə görə, minik avtomobili şəhərin mərkəzindən keçib. Yol-nəqliyyat hadisəsinin təfərrüatları araşdırılır.
"Bild" qəzeti 8 nəfərin yaralandığını bildirir. Sürücünün yüksək sürətlə hərəkət etdiyi qeyd olunub.