IMG-LOGO

ABŞ-nin Hörmüz boğazında 6 katerin vurulması barədə bəyanatı İranda təkzib edilib

04 May 2026 23:47 2 baxış
IMG

ABŞ-nin hərbi helikopterləri Hörmüz boğazında İranın 6 kiçik katerini batırıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper bildirib.

Onun sözlərinə görə, ABŞ helikopterləri ticarət gəmiləri üçün təhlükə yaradan 6 kateri vurub.

İran hərbçiləri bu iddiaları təkzib edərək, mayın 4-də İran Hərbi Dəniz Qüvvələrinin heç bir üzən vasitəsinin ABŞ tərəfindən batırılmadığını qeyd edib.

Xəbər lenti