Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda yanğın baş verməsi barədə məlumat daxil olub. Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
*** 05:58
Gəncədə günəbaxan tumu sexində baş verən yanğın məhdudlaşdırılıb. Lent.az APA-ya istinadən xəbər verir ki, yanğın nəticəsində 1500 kvadratmetr sahə yanıb. *** 05:38 Gəncədə yanğın başlayıb. Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində yerləşən günəbaxan tumu sexində qəfil yanğın baş verib. Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhəri və ətraf rayonlardan yanğınsöndürən qüvvələri cəlb olunub.
Yanğının geniş olması söndürmə işlərində çətinliklər yaradıb. Hazırda alovun qarşısının alınması istiqamətində işlər davam etdirilir.
gəncə zavod yanğın
