IMG-LOGO

Tramp ələ keçirilmiş İran tankerlərindəki neftin aqibəti barədə danışıb

05 May 2026 06:42 8 baxış
IMG

ABŞ Hind okeanında ələ keçirilmiş İran tankerlərindəki neftin böyük bir hissəsini götürüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Salem News Channel" telekanalına müsahibəsində bildirib.

"Onun böyük bir hissəsi Birləşmiş Ştatlara daxil olur", - o qeyd edib.

Daha əvvəl mayın 1-də Uest Palm-Biçdə (Florida ştatı) çıxış edən Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarını mühasirəyə alaraq "piratlar kimi" hərəkət edir.

"Biz gəmini ələ keçirdik, yükü ələ keçirdik, nefti ələ keçirdik. Bu, çox gəlirli bir biznesdir. Biz sanki piratlarıq, amma oyun oynamırıq", - o bildirib.

Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasına məktubunda İran nefti olan iki kommersiya gəmisinin ələ keçirilməsindən sonra ABŞ-ni "dövlət piratlığında" ittiham edib.

Xəbər lenti