IMG-LOGO

Goranboyda mikroavtobusla minik maşını toqquşub, 7 nəfər xəsarət alıb

05 May 2026 09:53 4 baxış
IMG

Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndinin ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı mikroavtobusla eyni markalı minik avtomobilli toqquşub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti