IMG-LOGO

Xırdalanda it 61 yaşlı qadını dişlədi

05 May 2026 12:56 6 baxış
IMG
1 0

Abşeronda küçə iti qadına xəsarət yetirib.

Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Ənnağı Bünyadov küçəsindəki binalardan birinin həyətində qeydə alınıb.

Küçə iti 61 yaşlı Mələk Əliyevanı dişləyib. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən Lent.az-a bildirilib ki, 61 yaşlı qadın mayın 5-i saat 07:10-da Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Baldır nahiyəsinin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Hadisələr küçə iti Xırdalan qadın xəstəxana TƏBİB

Xəbər lenti