IMG-LOGO

Yaşar Gülər: Türkiyə regiondakı prosesləri yaxından izləyir və ölkənin təhlükəsizliyi üçün zəruri tədbirlər görür

05 May 2026 13:33 3 baxış
IMG

Türkiyə Silahlı Qüvvələri regiondakı prosesləri yaxından izləyir və ölkənin təhlükəsizliyi üçün bütün zəruri tədbirləri görür.

"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İstanbulda keçirilən "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, dünyada təhlükəsizlik mühiti pozulub, xüsusilə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən münaqişələr qlobal təhlükəsizlik arxitekturasına ciddi təsir edir:

"Müasir dövrdə yalnız hərbi hərəkətliliyə fokuslanmaq kifayət deyil, həm də güclü və davamlı müdafiə sənayesi ekosistemi vacibdir".

Y.Gülər bildirib ki, Türkiyə 1980-ci illərə qədər əsasən xaricdən asılı olan bir ölkə olsa da, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində artıq öz hərbi məhsullarını dizayn edən, istehsal edən və ixrac edən gücə çevrilib:

Türkiyənin bütün platformalarında müasir texnologiyalar tətbiq olunur, pilotsuz uçuş aparatları (PUA) isə ölkənin hərbi gücündə dönüş nöqtəsi yaradıb. PUA-lar və kamikadze dronlar yüksək dəqiqlik, süni intellekt və kəşfiyyat qabiliyyəti ilə qlobal miqyasda təsir gücünə malikdir".

Nazir həmçinin Türkiyənin inteqrasiya olunmuş hava müdafiə sistemlərinin inkişaf etdirdiyini və ölkənin ərazi bütövlüyünün qorunmasında daha güclü mövqeyə sahib olduğunu da vurğulayıb.

Xəbər lenti