IMG-LOGO

Zelenski Ukraynanın Çeboksarıdakı zavoda zərbəsini təsdiqləyib

05 May 2026 14:47 3 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Çeboksarıdakı zavodunun vurulduğunu təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında yazıb.

"Bu gecə Silahlı Qüvvələrin "Deep Strike" əməliyyatı çərçivəsində düşmənin bir neçə hədəfinə, xüsusən də Çeboksarıdakı hərbi-sənaye kompleksi obyektlərinə "F-5 Flamingo" qanadlı raketlərlə zərbələr həyata keçirilib", - Zelenski qeyd edib.

Onun sözlərinə görə, Ukrayna raketləri 1500 kilometrdən çox məsafə qət edib.

Ukrayna Prezidenti bildirib ki, vurulan müəssisədə mühafizə, avtomatika və alçaq gərginlikli aparatura sistemləri istehsal olunurdu. Zavod, həmçinin Rusiya Hərbi Dəniz Donanması, raket sənayesi, aviasiya və zirehli texnika üçün naviqasiya elementləri tədarük edirdi.

Çuvaşiyanın Baş naziri Sergey Artamonov hücumlardan sonra Çeboksarıdakı müvəqqəti yerləşdirmə məntəqələrinə 700-ə yaxın insanın müraciət etdiyini bildirib.

Mayın 5-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) Çeboksarıya hücum edib. Nəticədə bina zədələnib, məktəblər distant təhsilə keçirilib, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, bəzi ticarət mərkəzlərində iş dayandırılıb.

Rusiya İstintaq Komitəsi Ukraynanın Çeboksarıya və Çeboksarı dairəsinə gecə hücumunu araşdırdığını bəyan edib. Qurumun məlumatına görə, zərbə nəticəsində ölənlər və yaralananlar var.

Çeboksarının meri qurbanlar barədə rəsmi məlumat verməyib. "Baza" teleqram kanalı yazır ki, hücum zamanı iki nəfər həlak olub, 34 nəfər yaralanıb.

Xəbər lenti