İranın xarici işlər naziri Abbas Əraqçi danışıqlar aparmaq üçün bu gün Çinə yola düşəcək.
"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
"Səfər zamanı o, çinli həmkarı Van İ ilə görüş keçirəcək, ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq gündəlik müzakirə olunacaq", - məlumatda bildirilib.
Telekanal qeyd edib ki, görüş fevralın 28-də başlamış münaqişənin dayandırılması üzrə ABŞ və İran arasındakı danışıqların dalana dirənməsi fonunda keçiriləcək.